Çində şok: uyğur və qazax uşaqları...


Dünya 01 Fev 2019 17:29:00 294 0

Çində şok: uyğur və qazax uşaqları...

Çinin Sincan-Uyğur Muxtar Bölgəsində valideynləri "siyasi yenidən tərbiyələndirmə düşərgələri" və "texniki hazırlıq" adlandırılan ideoloji düşərgələrdə saxlanılan etnik uyğur və qazaxların uşaqlarını internat-məktəblərə göndərirlər.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə İtaliyada çıxan "Bitter Winter" jurnalı material yayıb.

Məqalə Çində dini və insan hüquqlarına həsr edilib. Uşaqlar "Ayşin" ("Sevən ürək") adlı bağçaya və məktəbə göndərilir, orada psixoloji cəhətdən təzyiqlərlə üzləşirlər. Orada təhsil yalnız çincə aparılır. Uşaqlar orada güclü mühafizə altında saxlanılır. Onların ətraf aləmə çıxışı məhdudlaşdırılıb. "Ayşin" uşaq bağçası və məktəbi hündür tikanlı məftillə hasara alınıb. Valideynlər uşaqlarla ayda bir dəfə videogörüntülü əlaqə saxlaya bilərlər.


Xəbərə aid fotolar