Pərviz Bülbülə bu halda verilişə çıxdı


Digərləri 01 Fev 2019 16:29:00 269 0

Pərviz Bülbülə bu halda verilişə çıxdı

Bir gün qabaqdan "5/5"də qonaq olacağı barədə anonsu gedən Pərviz Bülbülə canlı efirə gecikib.

Son.az xəbər verir ki, aparıcı Zaur Kamal Pərvizlə efirdən telefonla əlaqə saxlayaraq niyə gecikdiyini soruşmaq istəyərkən eşitdiyi cavab qarşısında təəccüblənib.

Meyxanaçı "Nasazam, Zaur. özümü yaxşı hiss etmirəm. Efirdən sonra zəng edərsən problemi deyərəm" cavabını verib. 

Zaur P.Bülbüləyə "Burada nəsə oyun var. O, buralardadır, inanmıram! Qurtar, camaat efirdə səni gözləyir. Anonsun gedib, bu qədər adam gəlib, hardasan?" ifadələri ilə reaksiya verib.

Meyxanaçı ciddidən özünü yaxşı hiss etmədiyini bildirib:

"Camaatdan çox üzr istəyirəm. Səhhətim imkan vermir, başına dönərəm. Tamaşaçılarımla aramı vurma. Bu dəfəlik üzrlü saysınlar, gələn dəfə başqa bir proqramda görüşərik". 


Xəbərə aid fotolar