Rusiyadan qanunsuz yollarla böyük məbləğlərdə pullar Əli Kərimli üçün göndərilirmiş


Digərləri 01 Fev 2019 16:13:00 208 0

Rusiyadan qanunsuz yollarla böyük məbləğlərdə pullar Əli Kərimli üçün göndərilirmiş

Rusiyadan qanunsuz yollarla böyük məbləğlərdə pullar Əli Kərimli üçün göndərilirmiş.

Bakı. Samir Əli - Fevralın 1-də Rüstəmov Saleh Məhərrəm oğlu, Rüstəmli Vidadi Valeh oğlu, Məhərrəmov Aqil Əli oğlu, Həsənov Babək Qəzənfər oğlu və Nəsirov Ruslan Şamil oğlunun Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilmiş növbəti baxış iclasında İslam Rəhimov, Natiq Kamalov və Vüsal Bayramov şahid qismində dindiriliblər. Trend-in məlumatına görə, məhkəmə iclasında Cəmil Həsənli, Arzu Səmədbəyli, eləcə də KİV-lərin nümayəndələri iştirak ediblər. Natiq Kamalov məhkəmədə ifadəsində göstərib ki, ticarət məqsədilə mütəmadi olaraq Rusiyaya gedib-gəlir, ayrı-ayrı şəxslərin Moskvadan Azərbaycana pul göndərilməsi məsələsini həll edir. 2016-cı ilin sonlarında Moskvada olanda Saleh Rüstəmov ona Bakıya 4000 ABŞ dolları göndərmək istədiyini, pulu Bakıda qardaşı oğlu Vidadi Rüstəmlinin götürəcəyini deyib. Pulu ondan götürdükdən sonra Vidadi Rüstəmlinin əlaqə vasitəsini qohumu Tural Mehdixanova göndərib. Vidadi Turalla Bakıda görüşərək 4000 ABŞ dollarını ondan götürüb. Bundan sonra dəfələrlə qeyd olunan qaydada Saleh Rüstəmov Moskvadan Bakıya bəzən 3000, bəzən isə 4000 ABŞ dolları göndərib. 2017-ci ilin ortalarında isə Saleh Rüstəmov onun vasitəsilə bir dəfəyə 175.000 ABŞ dolları pul göndərib, həmin pulu da Vidadi Rüstəmli Bakıda Turaldan götürüb. İslam Rəhimov ifadəsində göstərib ki, 10 may 2018-ci il tarixdə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının təklifi əsasında onlar tərəfindən keçirilmiş əməliyyat tədbirində hal şahidi qismində iştirak etməyə razılıq verib. Həmin tarixdə polis əməkdaşlarının dəvəti ilə onlar Nərimanov rayonunda yerləşən "Əlibaba" çay evinin qarşısına gəliblər. Bir neçə dəqiqə sonra ora ağ rəngli "Kia" markalı avtomobil gələrək çay evinin qarşısında dayanıb. Polis əməkdaşları sükan arxasından düşən Vidadi Rüstəmliyə yaxınlaşıb xidməti vəsiqələrini təqdim etdikdən sonra narkotiklə bağlı şübhəli bilindiyi üçün saxlanıldığını bildiriblər. Vidadi Rüstəmli şalvarının cibində bir büküm heroini, sonra isə idarə etdiyi avtomobilin qoltuqaltından iki ədəd selofan bükümlərdə maddələri çıxarıb polislərə təqdim edib