Vətəndaşlıq vəziyyəti aktlarının qeyd olunması üçün tələb olunan sənədlərin sayı azaldıldı


Digərləri 01 Fev 2019 16:09:40 165 0

Vətəndaşlıq vəziyyəti aktlarının qeyd olunması üçün tələb olunan sənədlərin sayı azaldıldı

Azərbaycanda vətəndaşlıq vəziyyəti aktlarının qeyd olunması üçün dövlət orqanları tərəfindən vətəndaşlardan tələb olunan sənədlərin sayı azaldılır.

Bakı. Elçin Mehdiyev - Azərbaycanda vətəndaşlıq vəziyyəti aktlarının qeyd olunması üçün dövlət orqanları tərəfindən vətəndaşlardan tələb olunan sənədlərin sayı azaldılır. Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Məcəllənin hazırkı variantına görə, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qeyd olunmalı faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə aparılır.