Nazirlik: Xəzər dənizi daha çox tullantı suları ilə çirklənir


Digərləri 01 Fev 2019 15:47:00 304 0

Nazirlik: Xəzər dənizi daha çox tullantı suları ilə çirklənir

Xəzər dənizi daha çox tullantı suları ilə çirklənməyə məruz qalır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Mirsalam Qənbərov deyib.

O qeyd edib ki, bəzi hallarda tullantı sularını təmizləmədən birbaşa Xəzər dənizinə atmaqda davam edirlər:

"Əslində tullantı suları təmizləyici qurğulara yönəldilməli və təmizləndikdən, zərərsizləşdirildikdən sonra dənizə axıdılmalıdır. Lakin bəzi müəssisələrdə müvafiq standartlara cavab verməyən, primitiv üsulla düzəldilmiş sistemlərdən istifadə edirlər və bunu təmizləyici qurğu adlandırırlar. Hazırda tullantı sularının təmizlənməsi üçün çox sadə və asan idarə olunan texnologiyalar, təmizləyici qurğular mövcuddur. Ölkəmizdə də bəzi müəssisələrdə bu texnologiyalardan istifadə olunur".