“Azərkosmos” ötən il xidmət ixracından nə qədər gəlir əldə edib?


Digərləri 01 Fev 2019 12:19:00 213 0

“Azərkosmos” ötən il xidmət ixracından nə qədər gəlir əldə edib?

2018-ci ildə "Azərkosmos" ASC 24 ölkəyə 25,6 mln. ABŞ dolları dəyərində telekommunikasiya və optik peyk xidmətləri göstərib.

Son.az bildirir ki, bu barədə Report İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın 2019-cu ilin yanvar buraxılışına istinadən xəbər verir.

İcmalda deyilir ki, təkcə ötən ilin dekabr ayında isə dövlət şirkəti 16ölkəyə 1,6 mln. dollar dəyərində xidmət ixrac edib.