Tanınmış jurnalist İTVdə işə başladı


Digərləri 01 Fev 2019 12:04:00 235 0

Tanınmış jurnalist İTVdə işə başladı

Xeyli vaxtdır işsiz qalan tanınmış jurnalist İlham Tumas İctimai Televiziyada fəaliyyətə başlayıb.

Son.az modern.az-a istinadla bildirir ki, bu barədə İ.Tumasın özü bildirib:

"İctimai Televiziya və Radio Yayımları Şirkətində ustad Orxan Fıkratoğlu ilə yeni layihəyə başladıq.  Son 70 il ərzində hüquq-mühafizə və xüsusi xidmət orqanları tərəfindən həyata keçirilmiş və dövlətçiliyimiz üçün mühüm əhəmiyyət kəsb eləyən, ictimaiyyətə açıqlanması məqbul hesab olunan əməliyyatları, açılmış cinayət işlərini əhatə eləyən "İstintaq davam edir" adlı sənədli telelayihəsinin birinci filminin çəkilişləri gedir. Əla sürprüzlər olacaq". 

İlham Tumasın sözlərinə görə, həm Sovet, həm də müstəqillik illərində hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilimiş hər hansı əməliyyat, bu əməliyyatın iştirakçılarının qəhrəmanlığını ehtiva eləyən sənədli filmləri davam etdirməyi düşünürlər və bununla bağlı ictimaiyyətdən gələn təklifləri dəyərləndirəcəklər.