Azərbaycanda kadr bankı yaradılır


Digərləri 01 Fev 2019 11:04:00 415 0

Azərbaycanda kadr bankı yaradılır

Azərbaycanda işsizlərin işlə təminatı ilə bağlı yeniliklər gözlənilir.

Son.az oxu.az-a istinadən xəbər verir ki,əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sözlərinə görə, xüsusən kiçik və orta sahibkarlar üçün kadr bazasının formalaşdırılması məqsədilə işaxtaranlar və vakansiyalar bazası yaradılacaq, həmçinin, bu bazalar daim onlayn olacaq, yenilənəcək.

Bu yolla iş axtaranın vakansiya bankına çıxışı təmin ediləcək və eyni zamanda, sahibkarlar işçi resursları bazasına daxil ola biləcəklər. Nəticədə, əmək bazarında iş təklif edənlə iş axtaran kənar şəxsin iştirakı olmadan seçim edə biləcəklər.