Silahlılar Latakiya, Hama və Hələbdə yaşayış məntəqələrini atəşə tutublar


Dünya 01 Fev 2019 08:33:00 452 0

Silahlılar Latakiya, Hama və Hələbdə yaşayış məntəqələrini atəşə tutublar

Silahlılar sutka ərzində Suriyanın Latakiya, Hama və Hələb əyalətlərinin yaşayış məntəqələrini atəşə tutublar.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə brifinq zamanı Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzin rəhbəri general-leytenant Sergey Solomatin bildirib.

S.Solomatin deyib: "İdlib deeskalasiya zonasında sutka ərzində silahlılar Latakiya əyalətinin Nahşeba (iki dəfə) yaşayış məntəqəsini, Hama əyalətinin Tel-Bazam yaşayış məntəqəsini və Hələb əyalətinin Krah yaşayış məntəqəsini atəşə tutublar".