ABŞda soyuq hava şəraitinin qurbanlarının sayı


Dünya 01 Fev 2019 08:27:00 330 0

ABŞda soyuq hava şəraitinin qurbanlarının sayı

ABŞ-ın Orta Qərbində soyuq hava şəraiti və güclü qar nəticəsində ölənlərin sayı 12 nəfər çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, daha əvvəl 8 nəfərin Ayova, Viskonsin, İllinoys, İndiana və Miçiqan ştatlarında öldüyü bildirilirdi.

Miçiqanın enerji şirkətinin obyektində yanğın baş verməsi nəticəsində təbii qaz təchizatında fasilələr yaranıb və bu səbəbdən "General Motors" avtomobil zavodu ştatda 13 müəssisəsinin işini dayandırıb.