Dəri xəstəliyi tapan qız məşhur model oldu FOTO


Digərləri 01 Fev 2019 03:30:00 452 0

Dəri xəstəliyi tapan qız məşhur model oldu  FOTO

Luiziana ştatının 38 yaşlı sakini heç vaxt model karyerası arzulamayıb. Amma 25 yaşı olanda hər şey dəyişdi.

Son.az ölkə.az-a istinadən bildirir ki, İomiko adlı qızın dərisində ağ ləkələr üzə çıxmağa başladı. Bir neçə il ərzində qadının xarici görünüşü ciddi şəkildə dəyişikliyə məruz qaldı, həyatı isə cəhənnəmə çevrildi.

İomiko Consonun sözlərinə əsasən, insanlar küçədə dayanıb onu barmaqla göstərir, sosial şəbəkədə lağa qoyur, inək adlandırırdılar. Bu dövrdə isə İomikonun dörd övladı var idi və məhz övladları həyatdan bərk tutmağa motivasiyası oldu. Qadın mübarizə aparmaq və qeyri-adi görünüşündən istifadə etmək qərarına gəlir. İomiko model olmaq istədi və oldu.


Xəbərə aid fotolar