Milli.Az 9 yaşında!


Digərləri 01 Fev 2019 00:02:00 505 0

Milli.Az 9 yaşında!

Bu gün Son.az-ın 9 yaşı tamam olur.

Qısa müddət ərzində portal Azərbaycanın ən çox oxunan internet resursları sırasına daxil olub.

Bu müddət ərzində Son.az böyüyüb, daha funksional olub, kifayət qədər auditoriya qazanıb və oxucularının sayını artırmağa davam edir. Son.az kollektivi istifadəçilərinə ən son dünya tendensiyalarına uyğun tamamilə yeni layihə təqdim edib.

İlk günündən səhih və dəqiq xəbərlər, baş verən hadisələrə mütəxəssis və ekspertlərin rəyləri, obyektiv informasiyalar vermək yolunu seçmiş Son.az-ın oxucularının sayı fasiləsiz artmaqdadır. Artıq stabil hal almış bu artım Son.az İnternet portalındakı kontent, informasiya və xəbərlərə olan tələbatla bağlıdır. Son.az İnternet portalının oxucu auditoriyasının stabil artımı həm də portal yaranandan bəri aparılan təkmilləşmə və inkişaf işlərinin məntiqi nəticəsi sayıla bilər.

Ciddi veb-resurs üçün qısa zaman sayıla biləcək səkkiz il ərzində Son.az bir çox mükafat qazanıb, populyarlaşıb və Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrindən birinə çevrilib.