“Kəpəz Kuboku 2019” regional incəsənət müsabiqəsi keçirilib FOTO


Digərləri 31 Yan 2019 23:49:00 416 0

“Kəpəz Kuboku 2019” regional incəsənət müsabiqəsi keçirilib  FOTO

Azərbaycan Gənclər İttifaqı (AGİ) və Azərbaycan Rəqs Assosiasiyasının (ARA) təşkilatçılığı ilə Fikrət Əmirov Adına Gəncə Dövlət Filarmoniyasında "Kəpəz Kuboku 2019" adlı regional incəsənət müsabiqəsi keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, müsabiqənin keçirilməsində təşkilatı dəstək Mədəniyyət Nazirliyi, Azərbaycan Rəqs Assosiasiyası və "Jam Group"a məxsusdur.

ARA-nın prezidenti və AGİ-nin idarə heyətinin üzvü Əziz Əzizov bildirib ki, müsabiqədə əsas məqsəd gənclərə dəstək göstərməkdir:

"Bu gün gənc istedadlı kadrlar hazırlamaq, onları yetişdirmək, öz istedad və bacarıqlarından istifadə edə bilməklərinə səbəb olmaq, hər bir gəncin həyatda yaxşı yer tutmasına gətirib çıxara bilər. Bizə bu işdə dəstək olan təşkilatçılara, bacarıqlı gənclər yetişdirən bədii rəhbərlərə və ədalətli seçimlər edən münsiflər heyətinə sonsuz təşəkkürümü bildirirəm."

Yarışmada Gəncə, Şəki, Göygöl, Tovuz, Bakı, Ağcabədi,, Mingəçevir, Bərdə rayonlarından olan musiqi məktəblərinin rəqs kollektivləri və 700-dən çox iştirakçılar iştirak ediblər.