Qışda vitamin az olur. Miflər, həqiqətlər...


Digərləri 31 Yan 2019 23:10:00 407 0

Qışda vitamin az olur. Miflər, həqiqətlər...

Qışda vitamin az olur. Mifdir, yoxsa həqiqət?

1. Payız və qışda  vitamin kompleksləri qəbul etmək olar?

Son.az faktxeber.com-a istinadən bildirir ki, polivitaminlərin  insan sağlamlığına faydası bu gün sübut olunmayıb. Əgər sizin  qidanız ət, süd, meyvə və tərəvəzlərin daxil olması ilə dolğun və rəngarəngdirsə, artıq vitaminlə təmin olunubsuz. Vegeterianlar, mədə-bağırsaq pozuntuları yaşayanlara, yaşlılara  vitaminlər vacib ola bilər, ancaq qəbul həkim məsləhəti ilə olmalıdır. Hamilələr və övladını ana südü ilə bəsləyənlər xüsusi haldır. Uşaqlarının sağlamlığı üçün onlar folio turşusu və adətən dəmir qəbul etməlidir.

2. Qışda D vitamini qəbul etmək olarmı?

Məlum olub ki, uzun illər uşaqlarda raxit xəstəliyinin profilaktikası üçün təyin olunan  D vitamin  təkcə onlara vacib deyilmiş. D vitamini  orqanizmdə sümüklərin möhkəmliyinə, dərinin özünübərpasına, saçın uzanma sürətinə və sair təsir edən kalsiumun bədəndə paylanmasını tənzimləyən hormon xüsusiyyətini alır.