İnsan hər gün namazda Allahdan bu məqamı istəyir


Digərləri 31 Yan 2019 22:40:00 417 0

İnsan hər gün namazda Allahdan bu məqamı istəyir

Sədaqət o sifətlərdəndir ki, insanı ali məqam olan siddiqin məqamına çatdıra bilər. İmam Baqir (ə) buyurur: "İnsan sadiqliq və doğruçuluğuna görə elə bir mərtəbəyə çatar ki, Allah onu siddiq adlandırar".

Siddiqin məqamı - həmin Siratül-müstəqimdir. Müsəlmanlar hər gün namazlarında Allahdan həmin məqama çatmağı istəyirlər.

Allah Təala bu insanlar haqqında Quranda buyurur: "Allaha və Onun Peyğəmbərinə itaət edənlər (dünya və axirətdə)Allahın nemət verdiyi kəslərlə - peyğəmbərlər, doğruçular, şəhidlər, əməllərə şahid olanlar və saleh insanlarla - birlikdədirlər. Onlar gözəl dostlardır". ("Nisa" 69).

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Baqir (ə) buyurur ki, hər kim siddiqin məqamında olan insanı görmək istəyirsə, İmam Əliyə (ə) baxsın. Həzrət Əli (ə) başdan-ayağa siddiqin məqamının bariz nümunəsi idi. Çünki Həzrət (ə) heç bir zaman yalan danışmamışdır, onun əməli danışığına uyğun olmuş və niyyəti sadiq olmuşdur.

Ona görə də deyə bilərik ki, siddiqin məqamının pillələrini qalxmaq istəyən insan gərək danışığında, əməlində və niyyətində sadiq olsun. Bununla yanaşı, təqvaya malik olsun.