Müqəddəs şəxslərin şəkillərini pul ilə almaq olarmı?


Digərləri 31 Yan 2019 22:15:00 1015 0

Müqəddəs şəxslərin şəkillərini pul ilə almaq olarmı?

Müqəddəs şəxslərin (peyğəmbər və imamların) şəkillərini pul ilə almaq olarmı? Alınmış şəkillərlə necə rəftar etmək lazımdır?

Müqəddəs şəxlərin şəkilləri kimi təqdim edilən rəsmlərin həqiqi olduğuna heç kim zəmanət verə bilməz. Çünki əvvəla, o zamanlar onların rəsmini naturadan çəkən olmayıb. Ərəbistanda o dövrün rəssamlıq texnikasının vəziyyəti dəqiq təsvir çəkməyə imkan verməzdi. İkincisi, canlı insan təsviri çəkmək dinimizdə xoş qarşılanmır və müqəddəslərimiz özləri icazə verməzdilər ki, kimsə onların rəsmini çəksin.

Son.az islam.az-a istinadən bildirir ki, üçüncüsü, müqəddəslər zahiri baxımdan o qədər gözəl idilər ki, onları təsvir etmək heç bir rəssama nəsib deyil. Bu gün müqəddəslərin şəkli kimi təqdim edilən rəsmlər ayrı-ayrı rəssamların təxəyyülünün məhsuludur. Onlar özləri təsəvvür etdikləri formada bu əsərləri yaradıblar. Bəzi şəkillərin tarixinin qədim olduğu və naturadan çəkildiyi barədə məlumatlar yayılsa da, bunlar həqiqəti əks etdirmir və yalandır.