Cüzam xəstələrinə ümid verən İbn Cəssar


Digərləri 31 Yan 2019 22:10:00 462 0

Cüzam xəstələrinə ümid verən İbn Cəssar

Avropanın qaranlığına büründüyü vaxtlarda müsəlman dünyası bir-birindən qiymətli alimlər yetişdirirdi. X əsrdə dünyaya gələn İbrahim ibn Cəssar da belələrindən idi. Bütün dünya cüzam xəstəliyinin müalicəsinə görə məhz ona borcludur.

Haşiyə: Cüzam, dəridə, qol, ayaq və üz sinirlərində, burunda və bədənin digər hissələrində ağır toxuma pozulmalarına səbəb olan xəstəlikdir.  

O, 920-ci ildə bugünkü Tunisdə dünyaya gəlib.

Son.az faktxeber.com-a istinadən bildirir ki, babası və atası yaşadığı ərazidə tibb sahəsindəki fəaliyyətləri ilə məşhur olublar. İlk təhsilini də atasından alan İbn Cəssar həm din, həm də tibb elmi sahəsində təhsilə malik olub. Bir müddət sonra isə öz arzusu ilə atası və babası kimi tibb və əczaçılıq sahələrində fəaliyyətlərini artırıb. Dövrün qorxulu yuxusuna çevrilən cüzam xəstəliyi ilə bağlı işləri isə onu bütün dünyada məşhur həkim kimi tanıdıb. Tibb və əczaçılıq elmlərinin bir elm sahəsi kimi qəbul edilməsi əvəzinə, ayrı-ayrı elm sahələri olduğunu müdafiə edənlərdəndir.

Orta əsr avropasında cüzam xəstəliyi ölümə bərabər götürülürdü. Bir nəfərin cüzam xəstəliyinə tutulması onun kilsə üzvlüyündən atılmasına səbəb olurdu. Müalicə etmək bir yana, iyrənc rituallar həyata keçirilirmiş. Belə ki, xəstəliyə tutulmuş şəxs sanki ölmüş biri kimi çuxura atılır və keşişlər tərəfindən üstünə torpaq tökülərək dualar oxunurmuş. Ölüm ritualları başa çatdıqdan sonra xəstə adam heç kimin yaşamadığı adaya atılırmış. Kimsəsiz adalara atılan cüzamlılar xəstəlikdən olmasa da, aclıqdan və ya susuzluqdan ölürlərmiş.

Belə bir mənzərə Avropada, hətta dünyanın bir çox yerində müşahidə olduğu vaxtda İbn Cəssar bunu dəyişdirmək üçün işə başlayıb. O, cüzamlı xəstələr üçün ayrıca xəstəxanalar qurub və müalicələrə orda başlayıb. İbn Cəssar dərmanları ilk vaxtlarda öz evində hazırlayıb.

Elmini yaşadığı ərazidən kənara çıxarmağa və cüzam xəstəliyi ilə bütün dünyada mübarizə aparmağı qarşısına məqsəd qoyan İbn Cəssar Avropanın bəzi yerlərini gəzərək oradakı xəstələrə də şəfa verməyə nail olub. O, İtaliyanın şimal bölgələrindən Fransanın cənubuna qədər, hətta şimali İspaniya sahillərinə qədər gedib orada müalicələr həyata keçirib və xəstələri tənha adalara atmadan da müalicə edilə bildiyini göstərib.

İbn Cəssarın səfəri, səyahət etməyi çox sevdiyi məlumdur. Özü kimi səyahət etməyi sevən və ya səyahət etmək məcburiyyətində qalanlar üçün səfər əsnasında üzləşdikləri xəstəliklər və bu xəstəlikləri necə müalicə ediləcəklərini müfəssəl surətdə qələmə aldığı "Səyahət kitabı" adlı əsərlə birlikdə nə qədər qabiliyyətli tibb alimi olduğunu sübut edib.