BDU-da gənclər günü münasibətilə bir qrup tələbə mükafatlandırılıb (FOTO)


Digərləri 31 Yan 2019 19:43:00 408 0

BDU-da gənclər günü münasibətilə bir qrup tələbə mükafatlandırılıb (FOTO)

Bakı Dövlət Universitetində (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibəti ilə dəyirmi masa keçirilib.

Bakı. Bakı Dövlət Universitetində (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibəti ilə dəyirmi masa keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, BDU THİK-nin sədri, dosent Daşqın Qənbərov ümummilli lider Heydər Əliyevin gənclərə, onların təhsilinə daim diqqət və qayğı ilə yanaşdığını, problemlərinin həlli istiqamətində görülən işlərə xüsusi önəm verdiyini, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini diqqətə çatdırıb. D.Qəmbərov Azərbaycanda aparılan dövlət gənclər siyasətindən, ölkədə yaradıcı, aktiv gənclərin öz potensiallarını inkişaf etdirməsi üçün yaradılan şəraitdən danışaraq Azərbaycan Respublikasının Gənclər Fondunun bu istiqamətdəki fəaliyyətini xüsusi qeyd edib. Dövlət gənclər siyasətinin Bakı Dövlət Universitetində də uğurla həyata keçirildiyini vurğulayan D.Qənbərov BDU THİK-in müvafiq layihələri və tədbirlərindən danışaraq, 2018-ci ili bu baxımdan səmərəli il kimi xarakterizə edib.