Nazirlik: "Azərbaycanda 12 mindən çox şəhid ailəsinin təqaüdü artırılıb"


Digərləri 31 Yan 2019 15:18:00 316 0

Nazirlik: "Azərbaycanda 12 mindən çox şəhid ailəsinin təqaüdü artırılıb"

Bu il fevralın 1-dən şəhid ailələrinə verilən prezident təqaüdünün məbləği artırılır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli brifinq zamanı deyib.

O bildirib ki, təqaüdün məbləği 58 manat artırılaraq 300 manata çatdırılıb.

Müşavir qeyd edib ki, ötən müddət ərzində şəhid ailələrinə və müharibə veteranlarına 6654, o cümlədən 2018-ci ildə 626 mənzil verilib ki, bu da nəzərdə tutulandan 3 dəfə çoxdur: