Sərfəli səyahət Buta Airways mobil əlavəsi ilə daha asan oldu


Digərləri 31 Yan 2019 15:05:00 427 0

Sərfəli səyahət Buta Airways mobil əlavəsi ilə daha asan oldu

Bundan sonra Android əməliyyat sistemli bütün smartfonların (5.0 və daha yüksək versiyalar), həmçinin iPhone (iOS 9.0 və daha yüksək versiyalar) smartfonlarının sahibləri "Buta Airways" rəsmi mobil əlavəsini yükləyə bilərlər.

"Buta Airways" aviaşirkətinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, əlavə Azərbaycan, rus və ingilis dillərində sadə və rahat istifadəçi interfeysi təqdim edir.

Mobil əlavədə aviaşirkətin istənilən istiqamətinə aviabiletlər ala, alınan aviabiletlərin bronunu idarə edə və xidmətlər əlavə edə, öz reysinizə qeydiyyatdan keçə və uçuş cədvəlini görə bilərsiniz.

Həmçinin əlavədə aviaşirkətin əsas qaydalarına dair məlumat və "Buta Airways"in aviareyslər yerinə yetirdiyi şəhərlər üzrə səyahət bələdçisi mövcuddur.

Mobil əlavə həmçinin sərnişinlərə dəstək xidmətinə onlayn müraciəti nəzərdə tutur. Çağrı Mərkəzinə telefon ilə və ya WhatsApp vasitəsilə yazaraq, həmçinin əlavənin özündə Onlayn müraciət xidməti ilə birbaşa müraciət edə bilərsiniz.

iOS üçün əlavəni AppStore-da aşağıdakı link vasitəsilə yükləmək olar: https://itunes.apple.com/gb/app/buta-airways/id1435152673?mt=8, Android üçün isə Google Play-də aşağıdakı link vasitəsilə yükləmək mümkündür. https://play.google.com/stor /apps/details?id=az.butaairways.app