Bakıda rus icmalarının nümayəndələri ilə görüş keçirilib FOTO


Digərləri 31 Yan 2019 14:10:00 385 0

Bakıda rus icmalarının nümayəndələri ilə görüş keçirilib  FOTO

YAP Xəzər rayon təşkilatının qərargahında Bakı şəhəri Xəzər və Pirallahı rayonlarının rus icmalarının  nümayəndələri ilə görüş keçirilib.

Son.az xəbər verir ki, görüşdə Milli Məclisin deputatı Rauf Əliyev,YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, Xəzər rayon İH-nin başçısının birinci müavini Elşən Salahov, Milli Məclisin depuatatı və Respublika "Rus İcması"nın sədrinin müavinləri Boris Varonin və Yuriy Zenin, Xəzər rayon "Rus İcması"nın sədri Lyubov Karateyeva və rayonun qəsəbələrindən olan rus İcmalarının nümayəndələri iştirak ediblər.

Rus icmalarının nümayəndələri ilk növbədə son illərdə respublikamızda, o cümlədən Xəzər və Pirallahlı rayonlarında aparılan geniş miqyaslı tikinti-qruculuq, abadlıq işlərini təqdir ediblər. Onlar eyni zamanda qəsəbələrdə onları narahat edən bir sıra məsələlərin həllində köməklik göstərilməsini xahiş ediblər.


Xəbərə aid fotolar