Yerli şoubiznesdə nömrə 1 kimdir?


Şou-biznes 31 Yan 2019 13:25:00 411 0

Yerli şoubiznesdə nömrə 1 kimdir?

ARB TV-nin "Show News" verilişinin növbəti buraxılışında yerli məşhurlar arasında "Kimi nömrə bir görürsünüz?" sorğusu keçirilib.

Son.az bildirir ki, maraqlı cavabları ilə diqqət çəkən şou nümayəndələri arasında ad çəkəni də olub, çəkməyəni də: Elza Seyidcahan - Əməkdat artist: "Brilliant Dadaşova, Nisə Qasımova, kişilərdən isə Eyyub Yaqubov mənimçün nömrə birdir". Tünzalə Ağayeva - Əməkdar artist: "Mənimçün nömrə yoxdur. Keyfiyyətli artist, peşəkar var. Hər kəs özünə görə sənətkardır". Faiq Ağayev - Xalq artisti: "Hal-hazırda tələbatı olan və keyfiyyətli məhsul təqdim edən həmkarlarım var. 5 nəfərdir, məndən başqa 4 nəfər var". Elariz Məmmədoğlu - Müğənni: "Kişilərin içərisində mənəm, xanımlar arasında Natavan Həbibi və Röya. Əgər özümü nömrə 1 görmürəmsə, o zaman bu işlə niyə məşğulam?" Ayaz Qasımov - Müğənni: "Bu gün xanımlar arasında nömrə 1 Röyadır. Kişilərdən isə Faiq Ağayev". Rəna Ağamuradova - Rəqqasə: "Xanımlardan Fatimə Fətəliyeva, kişilərdən Rəhim Rəhimlidir". Fatimə Fətəliyeva - Rəqqasə: "Mədəniyyətdə, özünü aparmaqda bəylərdən Faiq Ağayev. O, danışanda elə bil kitabdır. Qadınlardan isə Tünzalə Ağayeva". Nadir Qafarzadə - Müğənni: "Kim yaxşı ifaçıdırsa, yaxşı geyinirsə, örnəkdirsə, o da nömrə birdir". Daha ətraflı sözügedən süjetdən izləyə bilərsiniz:


Xəbərə aid foto