Zakir Həsənov düşmən mövqelərini izlədi FOTO


Digərləri 31 Yan 2019 13:26:00 388 0

Zakir Həsənov düşmən mövqelərini izlədi  FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Müdafiə Nazirliyinin rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə və döyüş mövqelərində olaraq şəxsi heyətlə görüşüb.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə naziri müdafiənin dayanıqlığını, hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığını yoxlayıb, komanda-müşahidə məntəqəsindən düşmən mövqelərini izləyib.

General-polkovnik Zakir Həsənov ön xətt bölmələrində xidmət edən şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərlə maraqlanıb və bu tədbirlərin daha da keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirən müdafiə naziri xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunu mükafatlandırıb.

Sonda Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla çay süfrəsi arxasında söhbət aparıb.