Bakıda bıçaqlanan şəxs xəstəxanada öldü


Digərləri 31 Yan 2019 13:02:00 397 0

Bakıda bıçaqlanan şəxs xəstəxanada öldü

Bakıda bıçaqlanan şəxs xəstəxanada ölüb.

Son.az xəbər verir ki, Suraxanı Rayon Prokurorluğundan report-a verilən məlumata görə, Əmircan qəsəbə sakini, 1992-ci il təvəllüdlü Ozal Əliyev yanvarın 20-də qəsəbə ərazisində yerləşən avtomobilyuma məntəqəsinin qarşısında heç bir səbəb olmadan Vahid Əsədovun döş qəfəsinə bıçaqla xəsarət yetirib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb və O. Əliyev şübhəli şəxs qismində tutularaq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.