Sahil Babayev: Bu il özünüməşğulluq proqramına 7-8 min ailənin cəlb edilməsi nəzərdə tutulur


Digərləri 31 Yan 2019 12:05:00 414 0

Sahil Babayev: Bu il özünüməşğulluq proqramına 7-8 min ailənin cəlb edilməsi  nəzərdə tutulur

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü olan özünüməşğullluq proqramının əhatə dairəsi 2018-ci ildə əvvəlki illə müqayisədə 6 dəfədən çox genişləndirilib.

Bakı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü olan özünüməşğullluq proqramının əhatə dairəsi 2018-ci ildə əvvəlki illə müqayisədə 6 dəfədən çox genişləndirilib. Ötən il proqrama müraciət edənlərdən 7296 nəfər təlim kurslarından keçərək biznes-planlarını müdafiə ediblər. Onlardan artıq 5500-nə aktivlər təqdim olunub. Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Dövlət Televiziyasına müsahibəsində bildirib. Nazir aktivlərin verilməsi prosesinin davam etdirildiyini, hər həftə təqribən yüzədək şəxsə aktivlər verildiyini deyib. Proqrama cəlb olunanlar arasında həssas qruplardan olanların üstünlük təşkil etdiyini bildirən S.Babayev qeyd edib ki, özünüməşğulluq proqramı ildə 7-8 min ailəni əhatə edir. Bu da faktiki olaraq ildə 7-8 min mikro müəsissənin və təsərrüfatın yaradılması deməkdir. 2019-cu ildə də özünüməşğulluq proqramına 7-8 min ailənin cəlb edilməsi nəzərdə tutulur.