16 yaşlı qız küçədə öldürüldü


Dünya 31 Yan 2019 11:22:00 503 0

16 yaşlı qız küçədə öldürüldü

16 yaşlı qız niqabını açmadığına görə küçədə öldürülüb.

Son.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İsrail əsgərləri Qüdsün şərqində dərsdən çıxıb evə gedən 16 yaşlı qızı güllələyiblər.

Qüdsün al-Zaayim nəzarət məntəqəsindən keçən 16 yaşlı qız niqabını açmadığına görə qətlə yetirilib.

Fələstinin xəbər agentliyi WAFA hadisə anı ilə bağlı görüntülər yayıb. İsrail mətbuatının yaydığı məlumatda isə bildirilir ki, qız əsgərlərə bıçaqla hücum edib.


Xəbərə aid fotolar