Sərnişinlərə ŞAD XƏBƏR


Digərləri 31 Yan 2019 10:57:04 416 0

Sərnişinlərə ŞAD XƏBƏR

"Azərbaycan Dəmir Yolları" QSC fevralın 4-dən Bakı-Gəncə sürət qatarının hərəkət qrafikini və gediş haqqını dəyişir. 

Son.az xəbər verir ki, gələn həftədən qatar hər gün saat 08:45-də Bakıdan Gəncəyə və elə həmin gün saat 17:00-da Gəncədən Bakıya yola düşəcək. 

Qatarın yolda olma vaxtı isə əvvəlki kimi 4 saat 26 dəqiqə deyil, 4 saat 15 dəqiqə təşkil edəcək. 

Bundan başqa, standart vaqonlarda gediş haqqı qiymət 15 manatdan 10 manata endiriləcək. Birinci sinif və biznes vaqonlarda isə gediş haqqı dəyişməyəcək. 


Xəbərə aid foto