Vətəndaşlıq vəziyyəti aktlarının qeyd olunması üçün tələb olunan sənədlərin sayı azaldılır


Digərləri 31 Yan 2019 10:58:29 419 0

Vətəndaşlıq vəziyyəti aktlarının qeyd olunması üçün tələb olunan sənədlərin sayı azaldılır

Azərbaycanda vətəndaşlıq vəziyyəti aktlarının qeyd olunması üçün dövlət orqanları tərəfindən vətəndaşlardan tələb olunan sənədlərin sayı azaldılır.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda vətəndaşlıq vəziyyəti aktlarının qeyd olunması üçün dövlət orqanları tərəfindən vətəndaşlardan tələb olunan sənədlərin sayı azaldılır. Trend-in məlumatına görə, bununla bağlı Ailə Məcəlləsinə yeni dəyişikliyin edilməsi təklif olunur. Məcəllənin hazırkı variantına görə, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qeyd olunmalı faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə aparılır.