Dövlət katibinin müavini: ABŞ müasir və etibarlı nüvə gücünə sahib olmalıdır


Digərləri 31 Yan 2019 10:21:00 409 0

Dövlət katibinin müavini: ABŞ müasir və etibarlı nüvə gücünə sahib olmalıdır

ABŞ Birləşmiş Ştatların və müttəfiqlərinin təhlükəsizliyini təmin etmək iqtidarında olan müasir, etibarlı və davamlı nüvə gücünə sahib olmalıdır.

Bakı. ABŞ Birləşmiş Ştatların və müttəfiqlərinin təhlükəsizliyini təmin etmək iqtidarında olan müasir, etibarlı və davamlı nüvə gücünə sahib olmalıdır. Trend-in məlumatına görə, bunu "nüvə beşliyi"nə üzv ölkələrin nümayəndə heyətlərinin plenar iclasında ABŞ dövlət katibinin müavini Andrea Tompson deyib. Bununla belə, A.Tompson bildirib ki, hazırda Birləşmiş Ştatlar bu silahın yeni nümunəsinin işlənib hazırlanması ilə məşğul deyil: "Biz yeni silah yaratmırıq və Yer kürəsində nüvə hədəfi axtarmırıq".