Dünyanın ən yaxşı 500 universiteti – “UNEC-100”


Digərləri 31 Yan 2019 09:32:00 378 0

Dünyanın ən yaxşı 500 universiteti – “UNEC-100”

UNEC ali təhsil müəssisələrinin beynəlxalq reytinq cədvəllərində öz mövqeyini yüksəltmək istiqamətində məqsədyönlü addımlar atır.

Bakı. UNEC ali təhsil müəssisələrinin beynəlxalq reytinq cədvəllərində öz mövqeyini yüksəltmək istiqamətində məqsədyönlü addımlar atır. UNEC 2015-2016-cı illərdə dünyanın ali təhsil müəssisələrinin ən nüfuzlu reytinqlərindən olan “The Ranking Web” (“Webometrics”) siyahısına görə, Azərbaycan universitetləri arasında iki il ardıcıl olaraq liderliyini qoruyub. Webometrics göstəricilərinə əsasən, UNEC ən böyük çəki əmsalına malik olan təsir (Impact) və yüksək keyfiyyət (Excellence) meyarları üzrə Azərbaycan ali təhsil müəssisələri arasında yeganə universitet olub. UNEC Böyük Britaniyanın QS agentliyinin İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya regionu üzrə reytinq cədvəlində 2016-2017-ci illərdə regionun 4-cü ən yaxşı iqtisadyönümlü universiteti olub. 2017-2018-ci illərdə daha bir uğura imza atan UNEC, dünya universitetlərinin veb populyarlığını müəyyən edən “uniRank” reytinqinin nəticələrinə görə, ölkə birincisi olub. Reytinq qiymətləndirməsinə əsasən, UNEC internet resursları üzrə ölkənin ən yaxşı və ən populyar ali məktəbi seçilib. UNEC nüfuzlu elmi jurnallarda nəşrlərinin sayının ilbəil artmasına və dünya elm məkanına uğurla inteqrasiya etdiyinə görə “Clarivate Analytics” şirkəti tərəfindən Web Science üzrə ən mütərəqqi universitet seçilərək, “Web of Science Awards – 2018” və “Most progressive universities in Web of Science for the last 3 years” mükafatlarını qazanıb.