Çində yaşayış binasında partlayış olub, ölənlər və yaralananlar var


Dünya 31 Yan 2019 08:58:00 322 0

Çində yaşayış binasında partlayış olub, ölənlər və yaralananlar var

Çində yaşayış binasında güclü partlayış olub.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "Sinxua" məlumat yayıb.

Məlumata görə, hadisə Çançun şəhərinin mərkəzinə yaxın yaşayış binasının 4-cü mərtəbəsində baş verib. Partlayış zamanı 8 nəfər həlak olub, daha 3 nəfər yaralanıb.