Agentlik sədri: Bu il icbari tibbi sığorta sisteminin tətbiqi üçün yeni rayonlar müəyyən edilməyəcək


Digərləri 31 Yan 2019 07:45:08 280 0

Agentlik sədri: Bu il icbari tibbi sığorta sisteminin tətbiqi üçün yeni rayonlar müəyyən edilməyəcək

Bu il Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqi üçün yeni pilot rayonlar müəyyən edilməyəcək.

Bakı. İlhamə İsabalayeva - Bu il Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqi üçün yeni pilot rayonlar müəyyən edilməyəcək. Bunu Trend-ə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib. Z.Əliyev bildirib ki, bu, icbari tibbi sığorta sisteminin ölkə üzrə tətbiqinin gələn ildən nəzərdə tutulması ilə bağlıdır: "Biz bütün ölkədə bu sistemin tətbiqi üçün artıq hazırlıq prosesinə başlamışıq".