Bakıda narkoticarətlə məşğul olan qadına 6 il cəza verildi


Digərləri 31 Yan 2019 00:30:00 375 0

Bakıda narkoticarətlə məşğul olan qadına 6 il cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda təqsirləndirilən 60 yaşlı Sənubər Lütfəliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda təqsirləndirilən 60 yaşlı Sənubər Lütfəliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə S.Lütfəliyeva 6 il azadlıqdan məhrum edilib.