Bu xəstəliyin əlamətlərini infarktla səhv salırlar Halbuki yoqa ilə sağalda bilərsiniz Həkim məsləhəti


Digərləri 30 Yan 2019 23:56:00 252 0

Bu xəstəliyin əlamətlərini infarktla səhv salırlar  Halbuki yoqa ilə sağalda bilərsiniz  Həkim məsləhəti

Nevralgiya kimi tanınan şiddətli sinir ağrıları bir çox hallarda qəfil meydana çıxır. Çox zaman bu mənşəyi bilinməyən ağrıları lokasiyasına görə digər xəstəlikləin əlamətləri ilə səhv salırlar. 

Nevralgiya sinir ağrısıdır. Bu zaman yaranan ağrılar çox kəskin, göynədici, deşici, yandırıcı xarakterli olub, xəstənin bütün həyat fəaliyyətinə mane olur. 

Ən çox müşahidə olunan nevralgiyalar üçlü sinirin, ənsə sinirin, oturaq sinirin, qabırğa arası sinirlərin nevralgiyasıdır. Bəzən kürək əzələsində yaranan nevralgin ağrıları hətta infarkt əlamətinə bənzədirlər. Bu ağrılar əzələ boyu yayılaraq qollara və boyun nahiyəsinə qədər çatır. Xəstənin hərəkəti məhdudlaşır və nəfəs olması çətinləşır. 

Bir çoxları ev şəraitində isti kompreslərin, diklofenak iynəsinin və ağrıkəsicilərin köməyilə ağrıları aradan qaldıraraq sonradan həkimə müraciət etməyə ehtiyac görmürlər. 

Bəs görəsən nevralgiya ağrıları hətta öz-özlüyündən keçib getsə belə, müalicəyə üz tutmaq lazımdırmı? Bu ağrılar nədən xəbər verir? Yenidən geri dönməməsi üçün nələrə diqqət yetirilməlidir?


Xəbərə aid foto