Qızardılmış toyuq və balıq


Digərləri 30 Yan 2019 23:27:00 266 0

Qızardılmış toyuq və balıq

Uzun illər boyu toyuq və balıq aşağı kaloriyə malik olduğu üçün dieta saxlayanların ən əsas qidası hesab olunub. Tərkibində olan vitaminlər və minerallar orqanizm üçün çox faydalıdır.

Lakin bu məhsulların doğru şəkildə hazırlanaraq istifadə olunması lazımdır. Ən doğru bişirilmə forması isə buxarda və suda bişirməkdir. 

Son.az medicina.az-a istinadən bildirir ki, araşdırmalara görə, mütəmadi olaraq qızardılmış toyuq və balıq ilə qidalanmaq vaxtından əvvəl ölüm risqini artırır.

Araşdırmaçılar 50-79 yaş arası 106966 qadın üzərində 1993-cü ildən 2017-ci ilədək müşahidələr aparıblar. Bu müddət ərzində 31588 ölüm hadisəsi baş verib ki, onlardan 9320 ürək xəstəliklərindən, 8358-i isə xərçəng səbəbindən meydana çıxıb. Alimlər bu zaman qadınların qidalanma rejimini nəzarətdə saxlamışlar.