Dünyanın gündəmini zəbt edən "Arzuolunmaz turistlər" Hara gedirlərsə...


Digərləri 30 Yan 2019 22:56:00 247 0

Dünyanın gündəmini zəbt edən "Arzuolunmaz turistlər"  Hara gedirlərsə...

İngiltərəli Doran ailəsi 2 həftəlik Yeni Zelandiya tətili zamanı etdikləri müxtəlif hərəkətlərlə dünyanın mövzusuna çevrilib.

Son.az teleqraf.com-a istinadən bildirir ki, getdikləri hər yerdə cəmiyyət qanunlarını pozan 12 nəfərlik ailə ölkədə "Arzuolunmaz turistlər" elan edilib.

Hətta bələdiyyə sədri canlı efirdə ailəni təhqir edib.

Minlərcə insan onların ölkəni tərk etməsi üçün şikayət edib.

Ailə getdikləri restoran və kafelərdə hesab ödəməmək üçün dava salır, yeməklərindən saç və həşarat çıxdığını iddia edirlər.