Qoa çimərliklərində sərxoş turistlər cərimələnəcək


Digərləri 30 Yan 2019 22:47:00 245 0

Qoa çimərliklərində sərxoş turistlər cərimələnəcək

Qoa hökuməti yaxın vaxtlarda çimərlik və turizm obyektlərində spirtli içki qəbul etmiş şəxsləri cərimə etməyə başlaya bilər.

Son.az report-a istinadən bildirir ki, bu barədə "The Indian Exspress" nəşri məlumat yayıb.

Bildirilir ki, cəriməni verməkdən imtina edən şəxslər 3 ay müddətinə həbs oluna bilərlər.

Hindistanın Qoa ştatının Nazirlər Kabineti turizm haqqında qanuna ictimai yerlərdə spirtli içki qəbuluna görə cəza nəzərdə tutan düzəliş edib.