Amerikalı rejissor uzun sürən fasilədən sonra yenidən kinoya qayıdır


Digərləri 30 Yan 2019 22:32:00 248 0

Amerikalı rejissor uzun sürən fasilədən sonra yenidən kinoya qayıdır

Amerikalı rejissor Zak Snayder yeni film çəkməyə qərar verib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə "The Hollywood Reporter"da bildirilir.

Qeyd edilir ki, ailəsində baş verən faciədən sonra Snayder "Neflix" şirkəti üçün zombilər barədə "Ölülər ordusu" ("Army of the Dead") adlı trillerin çəkilişləri ilə məşğul olacaq. Rejissor pultu arxasında oturacaq Snayder, həmçinin həyat yoldaşı ilə birgə ekran əsərinin prodüseri rolunda da çalışacaq.