Çin dünyanın ən böyük pərakəndə satış bazarına çevrilir


Dünya 30 Yan 2019 21:29:00 221 0

Çin dünyanın ən böyük pərakəndə satış bazarına çevrilir

Çin bu il ABŞ-ı qabaqlayaraq dünyanın ən böyük pərakəndə satış bazarı ünvanına sahiblənəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "eMarketer" araşdırma şirkətinin hesabatında qeyd olunur. Şirkətin mütəxəssisləri güman edirlər ki, cari il ərzində Çində pərakəndə satışın həcmi 7,5 faiz artaraq 5,636 trilyon dollara çatacaq. ABŞ-da isə bu sahə üzrə artım 3,3 faiz olmaqla, ümumi rəqəm 5,529 trilyon dollar təşkil edəcək.