Meşədə itkin düşən 3 yaşlı uşaq 2 gün "qar adamı" ilə dostluq edib FOTO


Digərləri 30 Yan 2019 21:17:00 318 0

Meşədə itkin düşən 3 yaşlı uşaq 2 gün "qar adamı" ilə dostluq edib  FOTO

ABŞ-ın Şimali Karolina ştatında 3 yaşlı Keysi Heteuey itkin düşüb.

Son.az ölkə.az-a istinadən bildirir ki, 2 gün sonra Keysini meşədə tapıblar. Uşaq bildirib ki, iki gün ərzində bir ayı ilə gəzib və yırtıcı ona toxunmayıb. Valideynləri övladlarını sağ tapdıqları üçün sevinsələr də, mətbuat əslində uşağın ayı yox, yeti, yəni "qar adamı" ilə birlikdə olduğunu iddia ediblər.

Keysi nənəsinin evi yaxınlığında oynayarkən itkin düşüb. Onu axtaranda isə yaxınlıqdakı meşəyə getdiyi ehtimal edilib. Yüzlərlə könüllü axtarışlara qoşulub. Meşənin üstündə helikopterlər də uçuşlar edib. Amma iki sutka uşağı tapan olmayıb. Hava çox soyuq olduğu və ikinci gün güclü yağış yağdığı üçün həyəcan daha da artıb.

Amma xoşbəxtlikdən iki gün sonra yerli sakin Liza Freker meşədə iti ilə gəzərkən ağlayan uşaq səsi eşidib. O, tikanlı kollara ilişib qalan Keysini tapıb. Tezliklə uşaq xəstəxanaya aparılıb və vəziyyətinin normal olduğu üzə çıxıb.


Xəbərə aid fotolar