Bu meyvənin bir dənəsinin qiyməti maaşdan 3 dəfə çoxdur


Digərləri 30 Yan 2019 20:39:00 266 0

Bu meyvənin bir dənəsinin qiyməti maaşdan 3 dəfə çoxdur

İndoneziyada yetişən durian adlı meyvənin bir növünün qiyməti ölkədəki minimum əmək haqqından 3 dəfə çoxdur.

Son.az Publika-ya istinadən xəbər verir ki, pis qoxusu ilə fərqlənən bu meyvənin bir dənəsi min dollar satılıb.

Qərbi Cavanın Tasikmalaya şəhərində bir alış-veriş mərkəzində ötən həftə sonu meyvənin J Queen növü 14 milyon İndoneziya rupisinə satılıb. Son 3 gündə ölkə ərazisində bu meyvənin yalnız 2 ədədinin satışı mümkün olub. Bu xəbər ölkədə ən çox müzakirə edilən mövzuya çevrilib. Ölkədə minimum əmək haqqı 3 milyon 940 min rupidir.


Xəbərə aid fotolar