Bakıda anasını və qardaşını yandıran şəxs:


Digərləri 30 Yan 2019 19:44:00 203 0

Bakıda anasını və qardaşını yandıran şəxs:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vitali Kolosovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə V.Kolosov özünü təqsirli bilib.

O, sərbəst ifadəsində hadisəyə səbəb bacısının olduğunu deyib. V.Kolosov qeyd edib ki, telefonla oynadığı üçün bacısı onu Maştağada yerləşən 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirib: "Buna görə də mən oradan qaçıb evə gəldim. Mənimlə bacım barışmadı. Mən də gedib yanacaqdoldurma məntəqəsindən benzin alıb evə qayıtdım. Sonra benzini töküb evi yandırdım".

Daha sonra sualları cavablandırılan təqsirləndirilən şəxs qeyd edib ki, evdə anası ilə qardaşının olduğundan xəbərsiz olub: "Elə bildim ki, bacım evdə təkdir. Anamla qardaşımın evdə olduğunu bilmirdim".

V.Kolosovun sözlərinə görə, hadisədən sonra şəxsiyyət vəsiqəsi üçün "ASAN xidmət"ə gedib, orada da polislər həbs edib.