Donor böyrək xəstəsinin qardaşı olub


Digərləri 30 Yan 2019 18:24:00 277 0

Donor böyrək xəstəsinin qardaşı olub

Respublika Müalicəvi Diaqnostika Mərkəzində cərrah-uroloq, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolanın rəhbərliyi ilə xəstə üzərində uğurlu böyrəkköçürmə əməliyyatı həyata keçirilib.

Son.az bildirir ki, Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, əməliyyat olunan 26 yaşlı qadın xeyli vaxt idi ki, böyrək çatışmazlığından əziyyət çəkirdi. Donor xəstənin qardaşı olub. Xəstənin həyat yoldaşı donor olmağa razılıq versə də, qadının qardaşı öz böyrəyinin birini bacısına vermək qərarına gəlib.