Türkiyə səfiri danışdı: "Azərbaycan məhsulları Türkiyə bazarlarına ixrac olunacaq"


Digərləri 30 Yan 2019 18:27:00 208 0

Türkiyə səfiri danışdı: "Azərbaycan məhsulları Türkiyə bazarlarına ixrac olunacaq"

"Sumqayıt Kimya Sənaye Parkı Azərbaycanın iqtisadi inkişafının göstəricisidir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanda akkreditə olunmuş səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələrinin Sumqayıt Kimya Sənaye Parkına səfəri zamanı jurnalistlərə Türkiyə səfiri Erkan Özoral deyib.

Səfirin sözlərinə görə, Sənaye Parkının tikintisində Türkiyə şirkətlərinin də rolu olub:

"Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan və Türkiyə iqtisadi əməkdaşlığının bir hissəsidir. Burada istehsal olunacaq məhsulların böyük bir qismi Türkiyə bazarlarına ixrac olunacaq".