Gənc futbolçunun ölümünə səbəb olan sürücünün məhkəməsi başladı


Digərləri 30 Yan 2019 18:14:00 221 0

Gənc futbolçunun ölümünə səbəb olan sürücünün məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümünə səbəb olan sürücü Fəxrəddin Bəşirovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Anket məlumatları dəqiqləşdirilən zaman məlum olub ki, ailəli və iki uşaq sahibi olan F.Bəşirov daha əvvəl məhkumluq həyatı yaşamayıb.

Məhkəmədə mərhumların yaxınları təqsirləndirilən şəxsə etiraz edərək onun ünvanına təhqirlər səsləndiriblər. Onlar deyiblər ki, təqsirləndirilən şəxs hadisə yerindən qaçıb: "Uşaqları vaxtında xəstəxanaya çatdırsaydı, həyatlarını xilas etmək mümkün olardı. Ay insafsız, qanın içində qoyub qaçmısan. Sənin vicdanı yoxdur?"

Məhkəmə nəzarətçiləri həmin şəxsləri sakitləşdiriblər.

Məhkəmənin baxış iclası fevralın 4-nə təyin edilib.