Ermənistanda korrupsiya faktları xeyli artıb


Dünya 30 Yan 2019 16:44:00 227 0

Ermənistanda korrupsiya faktları xeyli artıb

Ermənistanda 2018-ci ildə korrupsiya faktlarındakı artım əvvəlki ilə nisbətən daha da çox olub.

Son.az report-a istinadən xəbər verir ki, bunu Ermənistan Polisinin Qərargah rəisi Armen Quqasyan ilin yekunlarına dair mətbuat konfransında deyib.

O deyib: "2018-ci ildə qeydə alınan bütün cinayətlərin sayı 11,2 faiz, yəni 2267 hal artaraq 22.551 hal təşkil edib".