"Oğlumun ölüsünü mənə göstərmədilər"


Şou-biznes 30 Yan 2019 16:03:00 237 0

"Oğlumun ölüsünü mənə göstərmədilər"

Müğənni Roza Zərgərli doğularkən ölən oğlu haqda etiraf edib. 

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçi "Bizimləsən" verilişində bildirib ki, hər zaman övladının ölmədiyini düşünür: "Bənövşəm əkiz doğulub, o biri uşaq oğlan idi. 20 il qabaq doğulub... Çətin əməliyyat oldu, doğulanda gördüm. Sağ idi...  Sonra reanimasiyaya düşdüm, əməliyyat olundum, 3 gün sonra ayıldım. Onda dedilər ki, uşaq öldü. Mənə ölüsünü göstərmədilər. Hər zaman düşünürəm ki, övladım hardasa yaşayır. Kaş çıxıb gələrdi ki, yaşayır".