Bakıda iki yeniyetməni öldürüb qaçan sürücünün məhkəməsi başladı


Digərləri 30 Yan 2019 16:01:53 194 0

Bakıda iki yeniyetməni öldürüb qaçan sürücünün məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümünə səbəb olan yol qəzasında təqsirləndirilən sürücü Fəxrəddin Bəşirovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakı. Samir Əli - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümünə səbəb olan yol qəzasında təqsirləndirilən sürücü Fəxrəddin Bəşirovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Trend-in məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmədə mərhumların yaxınları təqsirləndirilən şəxsə etiraz ediblər: "Təqsirləndirilən şəxs hadisə yerindən qaçıb. Əgər o uşaqları vaxtında xəstəxanaya çatdırsaydı, həyatlarını xilas etmək mümkün olardı". Məhkəmə nəzarətçiləri həmin şəxsləri sakitləşdiriblər.