52 nəfər dövlət qulluğuna qəbulda uğur qazanıb


Digərləri 30 Yan 2019 14:16:00 167 0

52 nəfər dövlət qulluğuna qəbulda uğur qazanıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il noyabrın 27-də elan olunmuş 8 dövlət orqanında inzibati vəzifələrin 3-7-ci təsnifatına uyğun vəzifələrin A və B növü üzrə ümumi müsahibə davam edir.

Bakı. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il noyabrın 27-də elan olunmuş 8 dövlət orqanında inzibati vəzifələrin 3-7-ci təsnifatına uyğun vəzifələrin A və B növü üzrə ümumi müsahibə davam edir. DİM-dən Trend-ə verilən məlumata görə, müsahibədə iştirak üçün 200 nəfər müraciət edib. Yanvarın 30-na olan məlumata görə, müsahibədə iştirak edənlərdən 52 nəfər vəzifəyə uyğun bilinib. Uğur qazananların 38-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini, 4-ü Dövlət Turizm Agentliyini, 4-ü Maliyyə Nazirliyini, 3-ü Energetika Nazirliyini, 2-si Ali Attestasiya Komissiyasıni, 1-i isə Sumqayıt Apellyasiya Məhkəməsini seçib.