İcbari Sığorta Bürosunun rəhbərliyində dəyişikliklər olub


Digərləri 30 Yan 2019 13:15:00 243 0

İcbari Sığorta Bürosunun rəhbərliyində dəyişikliklər olub

İcbari Sığorta Bürosunun rəhbərliyində dəyişikliklər baş verib.

Son.az bu barədə Trend-ə istinadən xəbər verir.

Məlumata əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndəsi Büronun Qəyyumlar Şurasına daxil olub. O, bu vəzifədə Palatanın digər nümayəndəsi Aqşin Əlizadəni əvəz edib.

Qeyd edək ki, Qəyyumlar Şurasına "AXA MBASK" İdarə Heyəti sədrinin birinci müavini Lana Gözəlova rəhbərlik edir. Onun müavini "Atəşgah Insurance" sədrinin müşaviri Tələt Səfərovdur.